Slimfit
  1. MARAQLI

16 milyonluq xərci olan saytı həftə sonu pulsuz hazırladılar

16 milyonluq xərci olan saytı həftə sonu pulsuz hazırladılar
Sakura

Nazirin 16 milyon avro xərcləmək istədiyi saytı proqramçılar həftə sonu ərzində pulsuz düzəldiblər.…

Könüllülər dövlət sifarişini "israfçı" sayaraq, əsassız xərcləri göstərməklə xidməti hökumətə hədiyyə etdilər.

Ens.az xəbər verir ki, Çexiyada bir qrup proqramçı internet üzərindən dövlət xidmətinin təşkili üçün sitem qurulması ilə bağlı hökumətin başqa bir firmaya etdiyi sifarişi yerinə yetirib və pulsuz olaraq hökumətə təhvil verib. Tərtibatçılar bunu Nəqliyyat Nazirliyinin "israfçılığına" etiraz olaraq ediblər: onların fikrincə məmurlar heç bir əsası olmayacaq dərəcədə yüksək məbləğli müqavilə bağlayıblar. Məsələdən xəbər tutan Çexiyanın baş naziri nəqliyyat nazirini işdən çıxarıb.

Hər şey pullu avtomobil yolları üçün səyahət icazələrinin elektron satışı üçün xidmətin yaradılmasını nəzərdə tutan tenderdən başlayıb. 400 milyon CZK (təxminən 16 milyon avro) müqabilində dövlət sifarişi ilə iOS və Android üçün iki tətbiqin daxil olacağı onlayn mağaza yaratmaq nəzərdə tutulubmuş. Saytın qurulması və dəstəklənməsi üçün podratçı "Asseco Central Europe: ilə dörd illik müqavilə bağlanıb- açıq tender olmadan.

Bu dövlət sifarişi Çexiyanın İT cameəsində hökumətin “açıq-aşkar israfçılığı” səbəbiylə qəzəblə qarşılanıb. "Actum Digital" şirkətinin sahibi Tomas Vondraçek, tenderi "absurd" adlandırıb və əlavə edib ki, o iş "uzağı bir neçə günə" edilə bilər: "İstəyirəm ki, gələcəkdə heç kim bizim ümumi vəsaitlərimizlə indiki kimi davranmasın, nəcə ki, indi hökumət edir. "

Daha sonra Vondraçek təklif edib ki, yerli proqramçılar birləşərək dövlət sifarişində qeyd olunan xidmətin analoqunu yaratmaq üşün bir hakaton keçirsinlər.

Qeyd: Hakaton (ing. Hackathon) - haker neologizmi, proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir.

Hər şeyi bir həftə sonu Praqada Actum Digital-ın ofisində etməyi və daha sonra vətəndaşların vergilərinin necə xərclənməsinə nümunə olaraq Çex hökumətinə pulsuz təhvil verməyi planlaşdırırlar.

"Müştərinin səriştəsizliyindən sui-istifadə halında olan dövlət müqavilələri sisteminə (İT məsələlərində) qarşı çıxmaq istəyi bizi hərəkətə gətirdi. Məhz bunun nəticəsində pullarımız havaya sovrulur" -deyə təşəbbüsün təşkiçatçıları vurğulayırdılar.

Sosial şəbəkədə bununla bağlı edilən çağırışa 300-dən çox proqramçı müsbət cavab verib . Yanvarın 24-də - cümə günü 60 nəfər Vondraçekin ofisində toplaşaraq işə başlayıb. Bazar günü axşam saatlarında 16 milyon avroya qurulması düşünülən xidmətin tələblərinin çoxuna cavab verən fairznamka.cz platforması düzəldilib.

Böyük səs-küy yaradan Hakatan zamanı Çexiyanın Baş naziri Andrey Babiş proqramçıların işlərinə baxmaq üçün ofisə gəlib. "Düşünürəm ki, siyasətçilər baş verənlərdən sadəcə şoka düşüblər" Vondraçek işin ikinci günü jurnalistlərə açıqlamasında bildirmişdi.

27 yanvar bazar ertəsi günü sayt artıq test rejimində istifadəyə verilib. Hələ dövlət sisteminə bağlı olmasa da, bütün lazımi funksiyaları icra edir. İlk gündə xidmətə saytdakı yükləri görən və ilk alışlarını həyata keçirən 175 mindən çox insan müraciət edib.

Çex hökuməti könüllülərə yardım üçün pul ödəməyi təklif etsə də, onlar bunu qəbul etməyib və təşəbbüsün əvvəlindən nəzərdə tutulduğu kimi saytı hədiyyə olaraq qəbul edib. Babiş, Nəqliyyat Nazirliyinin bu sistemi tətbiq etmək və işə salınması üçün bir şirkət tapması üçün açıq bir tender keçirəcəyini, bu işin 2020-ci il dekabrın 1-nə qədər edəcəyini vurğulayıb. Müqavilənin maliyyə xərcinin isə dəfələrlə az olacağı gözlənilir.

Vondraçek bundan sonrakı işləri ilkin nəzərdə tutulmuş 400 milyon kronun təxminən 25% -i həcmində qiymətləndirib və şirkətinin tenderə qatılmayacağını vurğulayıb.

Böyük məbləğli dövlət sifarişinə görə isə Çexiyanın nəqliyyat naziri Vladimir Kremlik vəzifəsindən azad edilib. Podratçı Asseco Mərkəzi Avropa nümayəndələri, kompensasiya tələb etmədən müqaviləni ləğv etməyə hazır olduqlarını söyləyiblər. İstefadan sonra Kremlik Baş nazirin qərarına hörmətlə yanaşdığını qeyd edib, lakin prioritetlərinin "gecikmədən" sistemin yaradılması olduğunu söyləyib.

Vondraçekin sözlərinə görə, etiraz olaraq saytın könüllü şəkildə qurulması ilə bağlı vəziyyət bir presedentdir, bundan sonra Çexiya sakinlərin vergilərinin ölkədə nəyə xərcləndiyini düşünəcəkdir. "Fikrimcə, əsassız yüksək dövlət sifarişləri bitdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR