Slimfit
  1. DÜNYA

16 il əvvəl lotereyada milyonlar udan məktəbli qız indi necə yaşayır...

16 il əvvəl lotereyada milyonlar udan məktəbli qız indi necə yaşayır...
Sakura
:0

16 il əvvəl lotereyada milyonlar udan məktəbli qız indi necə yaşayır...

Britaniyalı Kalli Rocers 2003-cü ildə lotereyada 1,8 milyon funt sterlinq (indiki məzənnə ilə 2,4 milyon dollara yaxın) udanda hələ 16 yaşı tamam olmamışdı. Məktəbli qızın birdən-birə həyatı dəyişmişdi.

Bizimyol.info xəbər verir ki, Kalli Rocersin milyonlarından heç nə qalmayıb. İndi o, baxıcı işləyir, yaşlı adamların qayğısına qalır. Aylıq məvacibi 1000 funt sterlinqi keçmir.

Kalli milyonçu olanda gerçəkdən ağlını itirmişdi. Pulları sağa-sola səpələyirdi. Əvvəlcə valideynlərinə bahalı ev almışdı. Hadisələrin gedişi göstərdi ki, Rocersin ən məntiqli addımı bu olub. Əyləncə pulları əritməyə başlamışdı. Tanış olduğu oğlan onu narkotikə alışdırdı. Aylıq xərc 100 min dolları keçirdi. Borc alan dostlar isə pulları indiyə qədər geri qaytarmayıb. Elə “dost” var idi ki, Kallinin hesabına yeni avtomobildə gəzməyə başlamışdı.

Pullar gözləniləndən də tez qurtardı. Kasıb Kalli daha həyat yoldaşına lazım deyildi. Hər gün evdə dava olurdu. Qonşular polisə şikayət edirdi. Onun övladlarını əlindən almaq istəyirdilər.

1,8 milyon funt sterlinq nəinki Rocersə, hətta onun iki övladına da uzun illər yetərdi. Kalli etiraf edir ki, indiki ağlı ilə çox məntiqli davranardı. Hər şey geridə qalıb. İndi 32 yaşlı qadın həyatını qaydasına salmaq haqqında düşünür.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR