Slimfit
  1. CƏMİYYƏT

"15 sentyabrda başlanan dərslər belə keçirilməlidir" - AÇIQLAMA

"15 sentyabrda başlanan dərslər belə keçirilməlidir" - AÇIQLAMA
Sakura

"15 sentyabrda başlanan dərslər belə keçirilməlidir" - AÇIQLAMA

Sentyabrın 15-dən Azərbaycanda dərslərin ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Məktəbdə sıxlığın yaranmaması və şagirdlər arasında yoluxmanın olmaması yoluxmanın artmasının qarşısını almaq üçün aşağı siniflər üçün dərslər birinci, yuxarı siniflər üçün ikinci növbədə keçirilə bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi, keçən həftə Təhsil Nazirliyi tərəfindən növbəti tədris ilində məktəblərin açılması və tədris prosesinin təşkili haqqında açıqlama verildi: “Təkliflərin məzmunu açıqlanmasa da, ümumi şəkildə bildirildi ki, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə bunu hamı bilməlidir ki, tədris ilinin başlanması məsələsinə cari vəziyyəti nəzərə alaraq baxılacaq. Hazırda bizim üçün vacib olan nüans əhalinin, insanların sağlamlığı məsələsidir. Bu baxımdan, hadisələrin gedişatından asılı olaraq, tədris ilinin başlanması əhalinin sağlamlığı üçün təhlükə olarsa, bir neçə versiya nəzərdən keçirilə bilər. Bu versiyalardan biri də növbəli tədris sistemidir: aşağı və yuxarı siniflərin müxtəlif vaxtlarda dərsə başlaması. Belə olduğu təqdirdə məktəblərdə şagird sıxlığı nisbətən aradan götürülə bilər.  Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir. Əgər dərslər ənənəvi şəkildə başlarsa, müəyyən qaydalar tətbiq olunacaq, insanların virusa yoluxmasının qarşısının alınması istiqamətində vacib tədbirlər görüləcəkdir”.

Deputat qeyd edib ki, şagirdlər arasında maariflənmə işlərinin aparılması istiqamətində zəruri addımlar atılacaq: “Ümumilikdə tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Hazırda isə bizim üzərimizə düşən tətbiq olunan qaydalara riayət etməkdir. Şagirdlərin davamlı və keyfiyyətli tədrislə təmin olunması üçün bütün zəruri addımlar atılacaq. Təhsil və tədrislə bərabər sağlamlığın qorunması üçün də qabaqcadan müvafiq təlimat və göstərişlər hazırlanacaq. Digər vacib məsələ isə hər bir vətəndaşımızın müəyyən qayda və normalara əməl etməsidir. Bu müvəqqəti çətinlikdir. Zamanla hər şey öz normal axarına dönəcəkdir”.

Təhsil esperti Kamran Əsədov vurğulayıb  ki, sentyabrın 15-dən sonra dərslər ənənəvi qaydada keçirləcəksə, bunun üçün müəyyən qaydalar hazırlanmalıdır: “Mənim də bu barədə Operativ Qərargaha bir neçə təklifim var. Həmin təkliflər aşağıdakılardır:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR