Dərc edildi: Baxış sayı: 578
15 rayonda təhlükəli çaylarda sahilbərkitmə işlərinə başlanılıb
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Qəbələ rayonu ərazisindəki Dəmiraparançay çayının sağ sahilində Laza kəndi istiqamətində avtomobil yolunun və yaşayış məntəqələrinin mühafizəsi üçün 436.4 m uzunluğunda dəmir-beton üzlüklü mühafizə divarının, Samur-Abşeron kanalının Qudyalçayla kəsişməsində dükerin, Xanarx kanalının Qusarçayla və Qudyalçayla kəsişməsində akvedukların, Vəlvələçayda sugötürən qurğunun və Samur-Abşeron kanalının kəsişməsində dükerin mühafizəsi məqsədi ilə tikinti işləri başa çatdırıb.
Cəmiyyətin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, eyni zamanda respublikanın 15 rayonunda-Göyçay, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Astara, Lənkəran, Ağcabədi, Qazax və Gədəbəy rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda sahilbərkitmə obyektlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına başlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət