Slimfit
  1. MEDİA

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi
Sakura

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi

13 iyun 2023-cü il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.

Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonuna səfərləri ilə əlaqədar “Heydər Əliyev və Qaradağ” adlı videoçarxın nümayiş olundu. 

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 30 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov Yeni Azərbaycan Partiyasının yaranmasından, Ulu öndərin respublikanın çətin vəziyyətdən çıxması yolunda verdiyi məsləhətlərindən, hakimiyyətə gəlməsindən geniş danışdı. Məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Çıxışında qeyd etdi ki, fəxr edirəm ki, 91-lərin biri kimi mənim də müəyyən xidmətlərim olmuşdur.

Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə müvəkkili işlədiyindən, keçmiş xatirələrindən danışdı və bayram münasibətilə iştirakçıları təbrik etdi. 

288 nömrəli tam orta məktəbin tarix müəllimi Sultan Bayramova çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

233 nömrəli tam orta məktəbin tarix müəllimi Azər Allahverdiyev çıxış edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman  Mikayılov yekunlaşdıraraq Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik etdi və fəaliyyətlərində uğurlar arzuladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR