Slimfit
  1. AZƏRBAYCAN

142 min şəxsin maaşı 2 dəfə artdı - Nazir

142 min şəxsin maaşı 2 dəfə artdı - Nazir
Sakura

Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb

Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-cu yerə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçiləri tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.

C.Bayramov bildirib ki, özəl təhsil müəssisələrinin sayında artım qeydə alınıb.

“Son 5 ildə özəl təhsil müəssisələrinin sayı 41-dən 132-yə çatıb. Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticə göstərənlər 50 faizdən 67 faizə yüksəlib”.

Nazir bu il qəbul imtahanlarının yeni model əsasında keçirilməsinin əhəmiyyətinə toxunub.

“Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə fəaliyyəti nəticəsində yeni qəbul modeli hazırlanıb. Yeni imtahan modeli məktəb və müəllimin nüfuzunun artmasına təsir göstərəcək. Son beş ildə ali məktəblərin tələbə qəbulunda artım müşahidə edilir. Qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu, 2014-cü illə müqayisədə 2.3 dəfə artım deməkdir.

Son illərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təmayüllü siniflər yaradılıb. Respublikada bu siniflərin sayı 2140-a çatıb. Bu da 10-11-ci sinif şagirdlərinin 28 faizini təşkil edir. Təmayüllü sinifləri bitirənlər ali məktəbə qəbulda daha yüksək nəticə göstəriblər”.

Nazir bildirib ki, ümumtəhsil məktəblərində müəllim-şagird nisbəti 8.5-dən 10.5-ə çatıb:

“Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzu daha da artıb. Müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfə artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib.

142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb. Onların orta aylıq əmək haqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR