14 il əvvəl itkin düşmüş it ilə sahibinin təsirli görüşü videoya çəkilib
Amerikanın Texas ştatındakı Hyuston şəhərində 14 il qabaq itkin düşmüş Remington adlı Yorkşir teryeri sahibinə qovuşub. Onların təsirli görüşü lentə alınaraq yayılıb və KTRK-TV stansiyasının marağına səbəb olub.
Aaron Vebster Remington-u həyat yoldaşına hədiyyə olaraq aldığını söyləyib. "Mən həmişə böyük itlərə üstünlük verirdim, amma o, bir dəfə evin kəndarında ağzında ilan görünəndə hörmətimi qazana bildi. O səhv deyildi "deyə amerikalı xatırlayır. 2006-cı ildə valideynigildə tətildə olanda o küçüyü həyətində gəzintiyə çıxardıb və o izsiz-tozsuz itib.
“Əminik ki, onu oğurlamışdılar. Amma bəlkə də küçüyə şahin hücum edibmiş, ancaq o özünü müdafiə edə bilib və sonra azıb. Əslində necə olduğunu heç vaxt bilməyəcəyik "deyə Vebster qeyd edir. Ailə Reminqtonu tapmağa çalışsa da, axtarış nəticəsiz qalıb.
14 ildən sonra Vebsterə "Saving Hope" evsiz heyvanlar sığınacağından zəng edərək itinin tapıldığını söyləyiblər. Remington çox arıqlamış, görmə qabiliyyətini itirmiş və xəstəliklərdən əziyyət çəkirdi. İtmiş itindən ayrı düşdüyü müddət ərzində Vebster və həyat yoldaşının üç övladı dünyaya gəlib və evlərində başqa it peyda olub. Buna baxmayaraq ailə dərhal ev heyvanlarını götürmək üçün sığınacağa yola düşüb.
Ötən ilin oktyabr ayında Amerikanın Florida ştatının Boka- Raton şəhərinin sakini itkin düşmüş toy-foksteryer cinsindən olan iti tapdığı barədə məlumat vermişdi. Həmin iti 12 ildən sonra sahibi Ketrin Stranqa evsiz heyvanlar sığınacağından zəng edilərək təhvil verilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət