Dərc edildi: Baxış sayı: 218
14-15 yanvar tarixlərində qar yağacaq? – RƏSMİ AÇIQLAMA
Bəzi saytlarda Milli Hidrometeorologiya Xidmətinə istinadən 14-15 yanvar tarixlərində guya Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yanlış məlumat yayılıb.
Ens.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.
"Media nümayəndələrinə tövsiyə edirik ki, hava haqqında proqnozları Milli Hidrometeorologiya Xidmətinin rəsmi səhifəsi olan və daim yenilənən www.meteo.az saytından əldə etsinlər" – xidmət rəisi bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət