Dərc edildi: Baxış sayı: 643
139 il əvvəl məktəbin damında ilk telefon zəngi - Maraqlı faktlar
Bu gün onsuz həyatımızı təsəvvür edə bilmirik. Çünki kiçik bir cihazla əlaqə yarada, informasiya ala, musiqi dinləyə, film izləyə, dünyanın istənilən nöqtəsinə virtual səyahət edə bilərik. Yunancadan tərcümədə “Uzaq səs” analamına gələn bu cihazı telefon adlandırırıq. Bəs ilk telefonu kim icad edib?
Azvision.az xəbər verir ki, ilk telefonun ixtiraçısı kimi tarixə düşən Aleksandr Qrem Bell 3 mart 1847-ci ildə Şotlandiyanın Edinburq şəhərində dünyaya gəlib. Anası doğuşdan eşitmə qüsurlu olub. Ona görə də Bellin babası və atası uzun illər eşitmə qüsurluların normal insanlar kimi eşitməsinin yollarını axtarıblar. Xüsusən, atası insanların eşitməsələr belə, danışmalarını təmin edəcək yolların axtarışına başlayıb.
Bell də əslində karların səsizliyini yox etməyə çalışırdı. Çünki 12 yaşı olanda anasının eşitmə qabiliyyəti tamamilə itməyə başladı. Bu səbəbdən Bell əl-barmaq dilini öyrəndi və beləliklə anasının yanında əyləşərək ailə daxilində gedən söhbətləri sakitcə ona bu şəkildə izah edirdi. O, həmçinin təmiz nitq texnikasını da inkişaf etdirdi. Bellin anasının karlığı ilə bağlı qayğısı onu Akustikanı öyrənməyə gətirib çıxardı.
Eşitmə və nitqlə bağlı axtarışları Bellin gələcəkdə eşitmə cihazlarını sınaqdan keçirməsinə səbəb oldu. Nəhayət, Bell 1876-cı ildə ABŞ-ın ilk telefon patenti olaraq mükafatlandırıldı. Bell özünün ən məşhur ixtirasını onun əsl işi olan alimlik fəaliyyətinə ən böyük müdaxilə hesab edirdi və bu səbəbdən fəaliyyətində telefondan imtina etdi.
Bell anasının eşitməsi üçün yollar axtarmasına baxmayaraq, nəticə əldə edə bilmədi. Amma kilometrlərlə uzaqda olan insanların bir-birini eşitməsini təmin edən cihazı icad etdi. Patenti almasına baxmayaraq, Bell telefon cihazı üzərində daha 4 il çalışdı və 1880-ci ildə “Radiofon” adandırdığı cihazı təqdim etdi. Test etmək üçün bir məktəbin damına çıxan köməkçisi Tainer Bellə telefonla zəng etdi və bu sözləri dedi: “Cənab Bell. Cənab Bell. Məni eşidə bilirsiniz? Əgər eşidirsinizsə, lütfən pəncərənin qarşısına gəlin və şapkanızı yellədin”.
Müasir dövrdə GSM, yaxud UMTS standartı ilə işləyən mobil telefonlardan və stasionar ev telefonlarından geniş istifadə edilir. Yeni nəsil ağıllı telefonlarla nəinki səsi, hətta görüntünü belə ötürmək mümkündür.
Qeyd edək ki, bu gün ilk dəfə uzaq məsafədən insan səsini ötürən cihazı icad edən Aleksandr Qrem Bellin vəfatından 97 il ötür.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət