Dərc edildi: Baxış sayı: 548
13 yaşında işə başladı, 14 yaşında milyoner oldu
İngiltərə 14 yaşlı uşaq milyoner olub.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, Harvi Millinqton adlı uşaq yeni bir ideya sayəsində milyoner olub. O, 13 yaşında unutqan sürücülərin vergi cəzası almaması üçün ödəmə vaxtını xatırladan çeklər satmağa başlayıb. İlk həftədə 400 sifariş qəbul edib.
100 min sterlinq qazanan uşaq bu işlə məşğul olmaq üçün ərazilər alıb. Bir inşaat şirkəti isə həmin əraziləri gənc sahibkardan 2 milyon sterlinq verərək alıb.
"The Sun"a danışan Millinqton bildirib:
"Şirkətlə görüşə getməmişdən əvvəl mənə nə qədər təklif edəcəklərini bilmirdim. Geri çevrilməsi çətin idi çünki çox böyük bir məbləğdi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət