12 il sonra Çin lideri bu ölkəyə gedir - İlk dəfə
Çin Xalq Respublikasının Sədri Si Szinpinin Yaponiyaya planlaşdırılan səfəri ən uyğun vaxtda həyata keçiriləcək.
Axar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien bu barədə açıqlama verib.
O, Sədr Si Szinpinin ötən ilin iyununda Osakada "Böyük İyirmilər"in zirvə toplantısında Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşündə qarşı tərəfin Yaponiyaya dövlət səfəri barədə dəvətini qəbul etdiyini və səfərin cari ilin yaz mövsümünə planlaşdırıldığını deyib. Bu, Çin dövlət başçısının 2008-ci ildən sonra Yaponiyaya ilk dövlət səfəri olacaq.
Hazırda hər iki ölkədə bütün səylərin koronavirus epidemiyası ilə mübarizəyə yönəldiyini bildirən Çin XİN rəsmisi əlavə edib ki, tərəflər sözügedən səfərin daha məhsuldar olacağı bir vaxtda reallaşmasına dair razılıq əldə ediblər. Səfərin dəqiq vaxtı məsləhətləşmələr yolu ilə müəyyən ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət