Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

12 erməni öldürən snayper qazimiz Tuncay Əliyev "44 günlük" zəfər savaşını həyəcanla xatırlayır

12 erməni öldürən snayper qazimiz Tuncay Əliyev "44 günlük" zəfər savaşını həyəcanla xatırlayır
Sakura

12 erməni öldürən snayper qazimiz Tuncay Əliyev "44 günlük" zəfər savaşını həyəcanla xatırlayır

2020-ci il senytabrın 27-dən noyabrın 10-dək bütün dünyanın diqqətini Qafqaza çəkən hərbi əməliyyatlar Azərbaycan xalqının son 200 illik tarixinə ən ali və ən parlaq zəfər səhifəsi kimi yaddaş yazdı. Azərbaycan qısa müddət ərzində son əsrlərdə ilk dəfə idi ki, öz ərazi bütövlüyü istiqamətində əzəli-əbədi torpaqlarını geri qaytarmağa müvəffəq oldu. Müzəffər ordumuz öz dəyanətli Ali Baş Komandanının rəhbərliyi altında xalqımızın yüksək vətənpərvərlik əzmilə birləşərək 33 illik yağı düşmən işğalında inildəyən doğma vətən torpağını erməni işğalından təmizlədi, Qarabağ münaqişəsinə son qoyuldu. 

Bu şərəfli zəfərin şirinliyini dadmaq isə Azərbaycana 3000-dən artıq şəhidin, minlərlə qazimizin qanları-canları bahasına başa gəldi. Və indi geriyə qalan təkcə zəfər sevincimiz deyil, şəhid və qazi qardaşlarımızın qələbə naminə düşmənə qarşı sərgilədikləri unudulmaz qəhrəmanlıq və kişilik salnamələri də bizimlədir. 

Ata-babalarımızdan bizə miras qalan və cəmi 44 günlük vətən savaşımızda müzəffər ordumuzun zehnində yoğrulan ən ülvi vətənpərvərlik hisslərimizi, hər bir əsgərimizin qələbə əhvalını, hər bir igid hərbçilərimizin anlatmalı olduqları döyüş təəssüratlarını gələcəyə daşımaq, xoş nümunələri sonrakı gəncliyə aşılamaq da bir vacibatdır. Çünki, bir millət olaraq ana deyə çağırdığımız vətənimizi növbəti düşmən həmlələrindən qorumağa gücümüz, təpərimiz, ayıq da ruhumuz olmalıdır. Axı, zalım tarix dərsləri də bizə sülhə hazır olduğumuz qədər, müharibəyə də hazır olmağın vacibliyini diqtə edir.

Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsini öz gözlərilə görən, snayper tüfəngi ilə 10-dan artıq düşməni o dünyaya göndərən gənc qazilərimizdən biri də Göygöl rayon sakini Əliyev Tuncay Etibar oğludur. Qazimizin 44 günlük vətən savaşında iştirakı gənc nəslin vətənpərvər ruhda formalaşmasına nümunə olan maraqlı döyüş salnaməsilə bağlıdır. Müharibənin məşəqqətini, başına gələnləri isə Tuncayın özündən başqası dəqiqliklə anlata bilməz...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR