110 illik ağacı oyub kitabxanaya çevirdi
Əvvəllər kitab satışı ilə məşğul olan bir şəxs 110 il yaşı olan ağacın gövdəsini oyub içini kitabxanaya çevirib.
“Ölkə.Az” xəbər verir ki, pulsuz kiçik kitabxana mənasını verən “Little free library” adlı cəmiyyət fərdlərə kitab oxuma sevgisi aşılamaq üçün dünyanın dörd bir nöqtəsində kitabxana inşa edir.
Xeyir əldə etmək istəməyən bu cəmiyyət prospekt və küçələrdə saysız-hesabsız kitabxanaların qurulmasını təmin edib. Amma bu kitabxana digərlərindən çox fərqlidir.
Pensiyada olan kitabçı Şerli Armiteyc Hovard 110 illik ağacını kəsməyə qıymayıb. O, bundansa ağacın içinə kitab yerləşdirməyi üstün tutub.
Ağacın başını isə kiçik bir dam örtüyü vasitəsilə örtən Hovard oyduğu ağaca qapı da quraşdırıb. Mini kitabxananın içini işıqlandıran Hovardın yeni işi sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət