Slimfit
  1. DÜNYA

11 kilometr hündürlükdə təyyarənin motoru söndü - Yerə 2 kilometr qalmış...

11 kilometr hündürlükdə təyyarənin motoru söndü - Yerə 2 kilometr qalmış...
Sakura

11 kilometr hündürlükdə təyyarənin motoru söndü - Yerə 2 kilometr qalmış...

ABŞ-ın "Delta Airlines" şirkətinə aid sərnişin təyyarəsi faciədən dönüb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Detroytdan Los-Ancelesə uçan "Boeinq 757-300" tipli sərnişin təyyarəsi yerdən 11 kilometr hündürlükdə olarkən motorlarda problem yaranıb və təyyarə yerə düşməyə başlayıb. 7 dəqiqə ərzində 9 kilometr düşən təyyarə nəhayət yerə çatmağına 2 kilometr qalmış normal vəziyyətə qayıdıb və uçuş davam edib.

Həmçinin uçuş sırasında təzyiqin pozulması səbəbi ilə sərnişinlərdə oksigen çatışmazlığı müşahid edildiyindən oksigen maskaları paylanılıb. Təyyarə yerə endikdən sonra sərnişinlər bildiriblər ki, artıq öləcəklərini düşünürdülər və yaxınları ilə vidalaşırdılar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR