102 yaşlı iranlı koronavirusa qalib gəldi
İranda 1918-ci il təvəllüdlü xəstə yeni növ koronavirusdan tamamilə müalicə edilib. Ens.az saytı Anadolu Agentliyinə istinadən xəbər verir ki, sözügedən pasient Tehrandakı İmam Xomeyni xəstəxanasında müalicə olunub. Xəstəxanadan çıxarkən xəstəni həkimlər, tibb işçiləri müşayiət edib. O, kömək üçün hər kəsə təşəkkür edib. Xəstəxanadan ayrılması ilə bağlı reportaj İran televiziyasında nümayiş olunub.
Qeyd edək ki, bundan bir qədər əvvəl İranın Semnan əyalətində 103 yaşlı qadın da Covid-19-u məğlub edərək bu xəstəlikdən sağalmış ikinci ən yaşlı xəstə olmuşdu. Birinci yeri Çindən olan 103 yaşlı qadın tutub.
İran mənbələrinə görə, daha əvvəl Böhm şəhərində 91 yaşında kişi, Qumda isə 90 yaşlı bir qadın da dünyanı cənginə almış xəstəliyi məğlub etmişdi.
Mənbə: islamnews.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət