Slimfit
  1. GÜNDƏM

1.000.000 insan koronavirusa yoluxub?

1.000.000 insan koronavirusa yoluxub?
Sakura

İmitasiya araşdırması

Dünyada bir milyona qədər insan koronavirusa yoluxmuş ola bilər - tibb mütəxəssislərinin fikrincə, infeksiyaların əksəriyyəti gözə dəymir. Yeddi infeksiyaya yoluxma halından altısının gizli qala biləcəyi təxmin edilir.

Ens.az saytı bildirir ki, bunu elm adamları "Science" jurnalında dərc olunan məqalədə iddia edirlər.

Araşdırmalar göstərir: xüsusilə epidemiyanın ilk günlərində Covid 19 koronavirus hadisələrinin təxminən 86 faizi nəzərə çarpmayıb. Lakin məhz bu qeydə alınmayan infeksiyalar sonradan diaqnoz qoyulan halların təxminən üçdə ikisinin əsasını təşkil etmişdi.

"Çində Covid 19 koronavirusunun başlaması əsasən simptomları olmayan və ya yüngül əlamətlər qeydə alınan insanlar tərəfindən yayılmışdı", - araşdırmanın həmmüəllifi, Nyu Yorkdakı Kolumbiya Universitetindən Ceffri Şaman deyib.

Avropada əhəmiyyətli artım gözlənilir

Bu digər ölkələrdə də baş verə bilər - bunu İtaliyada, Almaniyada yoluxma hallarının sürətlə çoxalması da izah edir. Tədqiqatçıların fikrincə, bu o deməkdir ki, aşkarlanmamış koronavirus infeksiyası , dünyada yeddi halın altısını təşkil edə bilər.

"Bunu Covid 19 koronavirusunun diaqnoz qoyulmuş 150.000 nəfərə çevirsəniz, yoluxmuş insanların sayı milyona yaxındır" .

Risklə bağlı təbliğatın artırılması, qoruyucu tədbirlər və səyahət məhdudiyyəti artıq infeksiyaların yayılmasını yavaşlatmağa kömək edib.

"Lakin əgər koronavirus H1N1 qripi modeli kimi olarsa , bütün dünyada yayılacaq və insanlara yoluxan beşinci məlum koronavirus olacaqdır.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR