Slimfit
  1. DÜNYA

100 yaşlı qadın uzunömürlülüyün sirrini açır

100 yaşlı qadın uzunömürlülüyün sirrini açır
Sakura

100 yaşlı qadın uzunömürlülüyün sirrini açır

ABŞ-ın Qrinburq şəhərində yaşayan yoqa müəlliminin avqustda 101 yaşı tamam olacaq. Tao Porşon-Linç uzunömürlülüyün sirri haqda danışıb.

Bizimyol.info xəbər verir ki, yoqa müəllimi əbədi optimizminə minnətdar olduğunu deyib. Nyu York ştatında yaşayan qadın Hindistanda böyüyüb, 7 yaşından yoqa ilə məşğul olmağa başlayıb.

O, bir dəfə çimərlikdə müxtəlif hərəkətləri yerinə yetirən kişilərdən ibarət qrup gördüyünü xatırlayır. Onda xalası izah etmişdi ki, bu hərəkətlər asanlar adlanır və qızlar təkrarlamalı deyil.

Porşon-Linç xalasının sözünə fikir verməmişdi. Üzərində çox işləyib yoqa ilə peşəkarcasına məşğul olmağa başlamışdı. Bir az sonra Tao artıq bu istiqamətdə dərslər verirdi. Təqaüdçü indiyə qədər yoqa dərsləri keçir, insanlara doğru düşünməyi və düz nəfəs almağı öyrədir.

Porşon-Linç keçən il Hindistanın “Padma Şri” mükafatına layiq görülmüşdü. Tao yoqadan başqa, bal rəqsləri ilə də məşğul olur. Keçən il hətta “America’s Got Talent” şousuna da getmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR