Slimfit
  1. MARAQLI

100 və 1000 dollarlıq kişi qol saatları arasındakı fərq nədir?

100 və 1000 dollarlıq kişi qol saatları arasındakı fərq nədir?
Sakura

100 və 1000 dollarlıq kişi qol saatları arasındakı fərq nədir?

Belə bir durum təsəvvür edin: bir saat dükanına gələndə, müxtəlif qiymətlərdə onlarla tanınmış model və markanın vitrinlərdə olduğunu görürsünüz. Və sonra özünüzdən soruşmağa başlayırsınız. 100 ilə 1000 dollara satılan saatlar arasında fərq nədir? Axı, eyni vaxtı göstərirlər, bəzən vizual olaraq bənzəyirlər və heç bir zərgərlik məmulatı ilə bəzədilməyiblər. Niyə bu qədər qiymət fərqi var? Bəs əslində necədir ? Bir neçə dəfə artıq pul ödəməklə daha keyfiyyətli bir saat almaq mümkündür , yoxsa, sadəcə bir brend üçün həddən artıq pul ödəyirsiniz?

Ens.az saytı olaraq bu yazıda, ən böyük saat satıcılarından olan beynəlxalq firmalardan birinin meneceri ilə birlikdə ucuz və bahalı saatlar arasındakı əsas fərqləri (cəmi 5 xal) izah edəcəyik:

№ 1 - İstehsal keyfiyyəti

100 dollar və 1000 dollar arasındakı saatlar arasındakı fərqi təyin edərkən, diqqət etməli olduğunuz ilk şey məhsulun keyfiyyəti və düzəldilməsi ilə bağlı olan sənətkarlıq keyfiyyətidir. Ən yaxşı sənətkarlıq (qurulmuş bir fabrik istehsalı olsa da), saat istehsalçılarının bu saatı yaratmağa sərf etdikləri detallara vaxt, peşəkarlıq, səy və diqqətindən xəbər verir. Əla keyfiyyət böyük pula dəyir.

100 dollardan aşağı olan saatlar: yəqin ki, istehsal zamanı ümumi keyfiyyəti və materialları ucuz olub. Ucuzluğunu illər keçdikcə korpusda, ilgəkdə və ya qolbaqda metalın solması ilə asanlıqla müəyyən etmək olacaq. Belə bir qiymətə orijinal dəri kəmər, yüksək keyfiyyətli şüşə və ya əla bir mexanizm təklif oluna bilməz.

1000 dollardan yuxarı saatlar: məhsulun keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksək olacaqdır. Siz fərqi asanlıqla biləyinizdə hiss edə bilərsiniz. Dəri qayışlar təbii, qalın və rahat olacaq, metal bilərziklər davamlı olacaq və ümumiyyətlə paslanmayan poladdan, alüminiumdan, titandan və ya digər qiymətli metallardan hazırlanır.

№ 2 - Kvars mexanikaya qarşı

Mexanizm hər hansı bir saatın ürəyidir. Qol saatlarında mexanizmlərin hərəkətinin iki əsas tipi mövcuddur - kvars və mexaniki.

Kvars mexanikası ucuz saatlara daha çox uyğun gəlir: Ümumiyyətlə aşağı keyfiyyətli saatlarda olur. Ən çox yayılmış mexanizmdir və nisbətən ucuz edilə bilir. Kvars mexanizmi adi bir batareyadan qidalanır və kvars kristalından istifadə edilərək enerjini çevirir, buna görə ildə bir və ya iki dəfə batareyanı dəyişdirməli və yenisini qoymaqla artıq narahat olmaq lazım deyil. Ayrıca, kvars mexanizmi dünyada ən dəqiqdir. Kvars saatlarının qiymətinin aşağı olmasının əsas səbəblərindən biri də çox sayda kiçik hərəkət hissələrinin olmamasıdır, buna görə də son montaj üçün daha az insan əməyi tələb olunur, adətən fabriklərdə hətta avtomatik olaraq yığıla bilər.

Mexanika isə yalnız bahalı saatlara quraşdırılır: bu mexanizm yaylı kəfkirlərin, dişli çarxların, buraxıcı mexanizmin və tənzimçinin köməyi ilə saatı hərəkətə gətirir. Mexanik bir saatda, vaxt balans təkərciyi və ya kəfkir istifadə edilərək tənzimlənir. Mexaniki hərəkət adətən 500 dollardan çox olan saatlarda və ya lüks brendlərdə olur. Mexanik saatlar kvars və ya elektron kimi dəqiq deyil, lakin istehsalın daha əla və peşəkar keyfiyyətinə, həqiqi sənətkar əlində yığılması ilə fərqlənir. Mexanik hərəkət, onu yaratmaq üçün tələb olunan bacarıq səviyyəsinə görə saat kolleksiyaçıları cəmiyyətləri arasında çox hörmətlidir. Mexanik saatların digər bir xüsusiyyəti zərgərlikdir. Zərgərlik elementləri erkən köhnəlmədən qorumaq üçün saatın müxtəlif hissələri arasında yerləşdirilir. Detallara, əl əməyinə və daha uzun istehsal müddətinə bu cür diqqət, sözügedən saatların qiymətini artırır.

№ 3 - Şüşə keyfiyyəti

Şüşə istənilən saatın ən vacib hissələrindən biridir. Görünən mexanizmləri qorumaq üçün müxtəlif keyfiyyətli saatlarda istifadə olunan 3 növ şüşə var:

Mineral şüşə

Elektron saatlarda plastik

Sintetik sapfir / akril şüşə

Ucuz saatlarda mineral şüşədən istifadə olunur: bu cür şüşə cızıqlara elə də davamlı deyil, istehsal üçün ucuzdur və zədələr üçün olduqca həssasdır.

Bahalı saatlarda akril və sapfir şüşələrdən istifadə olunur: akril şüşəni cızmaq və ya qırmaq çox çətindir. Bununla belə, hətta yüngül cızıqlar belə peşəkar bir atelyedə asanlıqla cilalama bilər. Sapfir ( göy yaqut) - saat sənətində nisbətən yeni inkişafdır. Əslində, hətta sintetik sapfir olsa da, onu qırmaq olduqca çətindir və onu sadəcə cızmaq üçün almaz və ya sapfir ucluq lazımdır. Bir halda ki, yüksək keyfiyyətli saatların daha bahalı hərəkət hissələri olur, xarici kristallarının da daha güclü olmasını istəyərsiniz. Buradan da onun yekun dəyəri daha da artmış olur.

№ 4 - Çətinləşdirmələr

Qol saatının əlavə xüsusiyyətləridir. Xronoloji və xronoloji olmayan iki müxtəlif çətimləşmə var. Xronoloji çətinləşmənin vaxtı daha dəqiq müəyyənləşdirməyə kömək edən əlavə funksiyaları var, məsələn xronometr. Xronoloji olmayan çətinləşmələr, vaxtı təyin etməklə əlaqəsi olmayan, məsələn, kompas və ya barometr kimi şeylərdir.

100 dollardan aşağı olan saatlarda: Ağırlaşmalar varsa da, çox azdır. Saat sadəcə bir neçə çətinlışdirmələr istisna olmaqla sadəcə vaxtı göstərir.

500-1000 dollardan baha olan saatlarda isə bir sıra müxtəlif xronoloji çətinləşdirmələr var, məsələn; GMT, xronoqraf, ay fazası və s. Daha çox funksional çətinləşdirmələri olan saatlar (dekorativ / süni olanlardan fərqli olaraq) daha yüksək keyfiyyətə və qiymətə sahibdir. Məhsulun keyfiyyətinə, şüşəyə, mexanizmə görə ödədiyimizin üzərinə bu kimi meyarlar da əlavə olunaraq qiyməti artırır.

№ 5 - Hərəkətin hamarlığı

Hamar hərəkət siferblatda saniyə əqrəbinin necə aydın hərəkət etdiyinə aiddir.

Ucuz saatlarda

Saniyə oxunun qeyri-sabit hərəkətləri klassil "tıq-tıq" səsi çıxarır, buna görə əgər siz bu səsi eşidirsinizsə, saat sənəti dünyasında bu, ən aşağı keyfiyyət mexanizmi hesab olunur. Yalnız Kəkvars mexanizmi ilə işləyən saatlarda oxlar bu cür hərəkət edir.

Bahalı saatlarda

Saniyə oxunun hərəkəti hamar və sürüşkən olacaq. YouTube-da yerləşdirilmiş çoxsaylı videolarda mexaniki və kvars saatlarının hərəkətini müqayisə edin. Saniyə oxunun hamar hərəkəti inanılmaz təəssürat yaradır. Əgər qulaqlarınıza yaxınlaşdırsanız da, heç vaxt saatın çıqqıltısını eşitməyəcəksiniz. Saarın mükəmməlliyi bu deyilmi?

Bu məlumatlardan sonra hansı saatı seçmək özünüzdən asılıdır. Keyfiyyətə görə həddən artıq ödəmək və ya qənaət edərək ucuz variantı seçmək.

Mənbə: C A E S A R

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR