Slimfit
  1. MƏŞHURLAR

100 ildən çox yaşayan sənətçilərin uzunömürlülük sirləri

100 ildən çox yaşayan sənətçilərin uzunömürlülük sirləri
Sakura

100 ildən çox yaşayan sənətçilərin uzunömürlülük sirləri

Alimlərin insan həyatını uzatmaq üçün üsul axtardığı vaxtda, kimsə artıq uzunömürlülüyün sirrini tapıb. Bu insanlar üçün yaş əngəl deyil. Onlar 100 illik yubileylərini qeyd edib sevimli işləri ilə məşğul olmağa davam edirlər. Sənət nümayəndələrinin isə rəngarəng və dolğun, amma qısa ömür yaşamaları qəbul olunub. Lakin bu məqalənin qəhrəmanları əksini subut edir...

Qafqazinfo” xarici mətbuata istinadən hazırda yaşayan və bizi öz optimistliyi ilə heyran edən aktyor və aktrisaların uzunömürlülük sirlərini təqdim edir:

Dayana Serra Keri – 100 yaş

“Mən balanslaşdırılmış pəhrizə riayət edirəm və sağlamlığımı qoruyuram. Mənim gözəl kitabxanalı evim var. Amma ən əsası sevimli ailəm var: oğlum və nəvəm. Mənə elə gəlir ki, uzunömürlülüyümün sirri budur”.

Süzi Deler – 101 yaş

Aktrisanın sağlamlıq və uzunömürlülük sirri həddindən artıq məşğul olmasındadır: “Mənim özümə ayıracaq bir dəqiqəm belə yoxdur! Elektron poçt qutuma gələn ismarıclara cavab verirəm, xatirələr və fotolardan ibarət kitablar hazırlayıram. Hər yay Bretana istirahət etməyə gedirəm. Məzuniyyətə qədər isə hər şeyi hazırlamaq və səliqəyə salmaq lazımdır”.

Marşa Hant – 101 yaş

Aktrisa uzunömürlülük sirri ilə bölüşür: “Mən anadangəlmə optimistəm. Əminəm ki, bunun sayəsində tale mənə bu imkanı verib və mən ona minnətdaram! Niyəsini başa düşməsəm də, xeyir-dua almışam”.

Ayşa Abdullina – 103 yaş

“Mənə uzunömürlülüyüm sirri haqda çox sual verirlər. Cavab verirəm ki, həmişə sakit olmuşam. Artistlər tez-tez narazı olur, kapriz göstərir, mənim isə kaprizlərim yoxdur və olmayıb. Mənə istər kiçik, istərsə də böyük rol verilirdi – hər şeydən məmnun idim”.

Kirk Duqlas – 102 yaş

Akyor deyir ki, onun uzunömürlülüyün sirri xoşbəxt ailə həyatındadır: “Mənim onunla çox bəxtim gətirib, bizim qəlbimiz birdir. Hesab edirəm ki, bizim gözəl nikahımız, eləcə də gün doğanda və qaranlıqda etdiyimiz söhbətlər bu qədər çox yaşamağıma kömək edib”.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR