Slimfit
  1. MEDİA

100-ə yaxın gənc arasında könüllülük mövzusunda Parlament Debatları keçirilib

100-ə yaxın gənc arasında könüllülük mövzusunda  Parlament Debatları keçirilib
Sakura

100-ə yaxın gənc arasında könüllülük mövzusunda Parlament Debatları keçirilib

“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Parlamentdə Könüllülük” Debat Forumu başa çatıb. 

10 bölgəni təmsil edən gənclərdən ibarət 35 komandanın iştirak etdiyi Debat Forum çərçivəsində “ZOOM” splatforması üzərindən onlayn şəkildə təlimlər, məlumatlandırıcı görüşlər keçirilib və gənclər arasında parlament debatları formatında könüllülük mövzusunda müzakirələr aparılıb.

Layihənin final debat oyunu və bağlanış mərasimi onlayn şəkildə baş tutub. Onlayn tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Azər Əliyev, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İB-nin sədri Canoğlan İlyasov, "Vətəndaş Cəmiyyətində Debat" İB-nin sədri Ülviyyə Axundova və 100-ə yaxın gənc iştirak edib. 

Finalda Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələrindən ibarət  "20-dən 50-ə" komandası (Elşən Tağıyev, Emil Məmmədov),  inkar mövqedə isə Azərbaycan Neft və Sənaye Universitetinin tələbələrindən ibarət "Take the bate" komandası (Zeyd Əziz, Mədinə Baratova) "Könüllülüyün davamlılığı təmin olunmalıdır" mövzusunda debat aparıblar. Forumun qalibi "Take the bate" komandası olub və natiqliyi ilə fərqlənən 10 gənc “ən yaxşı natiq” nominasiyası ilə mükafatlandırılıb.

Layihənin tərəfdaşları gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən "GəncApp" mobil tətbiqi və gənclər arasında intellektual debat ənənələrini inkişaf etdirən Milli Debat Proqramıdır.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq virtual debatlar həyata keçirilib. 3 ayı əhatə edən “I Respublika Virtual Debat Çempionatı”nda 30-dan çox şəhər və rayonu təmsil edən 500-dən çox gənc iştirak edib və aktual mövzularda 100-dən çox debat oyunu baş tutub.

 

Əlaqə üçün: 

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi,

PR şöbəsi,

Mənsurə Məhərrəmova,

0558177436

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR