Slimfit
  1. MARAQLI

10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu

10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu
Sakura

10 yaşlı qızın IQ səviyyəsi Eynşteyn və Hokinqi geridə qoydu

 

Britaniyanın Birminhem şəhərinin sakini dünyanın intellekt imkanlarının müəyyənləşdirilməsi sahəsində ən məşhur testi sayılan “Mensa IQ”də fenomenal nəticə göstərib.

“Mirror” xəbər verir ki, Freyya Manhotra oktyabrda 10 yaşında testi uğurla keçib.

Onun göstəricisi intellekt əmsalı 160 balla qiymətləndirilən Albert Eynşteyn və Stiven Hokinqdən iki bal yüksək olub.

Qızın atası uşağa təzyiq göstərmək istəmədiklərini, lakin hələ iki-üç yaşlarında olarkən dünyaya çox istedadlı bir qızın gəldiyini anladıqlarını qeyd edib.

Fenomenal yaddaşa malik qız taekvondo, şahmat, Bollivud rəqsləri və üzgüçülüklə də məşğul olur. Gələcəkdə hansı peşənin sahibi olmaq istədiyini müəyyən etməsə də, Freyya Manhotra rejissor olmağı istisna etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR