Slimfit
  1. CƏMİYYƏT

10 günə 50 min işçi götürüləcək - Nazirdən müjdə

10 günə 50 min işçi götürüləcək - Nazirdən müjdə
Sakura

10 günə 50 min işçi götürüləcək - Nazirdən müjdə

Biz gündəlik dinamikaya nəzarət edirik, bu artım gündəlik dinamikada da özünü göstərir. Bu günə olan son rəqəm, qeyd etdiyim kimi, yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib.

 

“İşsizlər və qeyri-formal işlədiyinə görə pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi. İlk olaraq 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb. Bizim ehtimalımız ondan ibarətdir ki, on gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək”, - nazir bildirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR