Slimfit
  1. İDMAN

10-15 dəqiqəlik gündəlik məşq, ömrü təxminən 2 ilə qədər artırır

10-15 dəqiqəlik gündəlik məşq, ömrü təxminən 2 ilə qədər artırır
Sakura

Ömrü uzatmaq üçün məşqlərin davam etmə müddəti açıqlanıb

Fiziki fəaliyyət, artıq çəki almamağı, sağlamlığınızı və rifahınızı təmin edir.  Bu yaxınlarda alimlər açıq havada bu fəaliyyətin arzu olunan müddətini aydınlaşdırıblar.

Ens.az bildirir ki, alimlər iddia edirlər ki, 10-15 dəqiqəlik gündəlik məşq, ömrü təxminən 2 ilə qədər artırmağa kömək edir.

Əvvəlki tədqiqatlar göstərdi ki, gündə 15-30 dəqiqəlik gəzinti həm  yaxşı əhval-ruhiyyəyə səbəb olur, həm də uzunömürlülüyü artırır .  Bu yolla qan duruluğunun  qarşısını ala və qanın laxtalanma riskini azalda bilərsiniz.  Sürətli  yerimə limfa sisteminin vəziyyətini yaxşılaşdırır və orqanizmdə mayenin durğunluğuna mane olur.

Mütəxəssislər gündəlik olaraq fiziki fəaliyyətə vaxt ayırmağı tövsiyə edir - gəzinti, idman məşqi, üzgüçülük.

 Cərrahi əməliyyatdan sonrakı dövrdə insanların əzələ tonusunu qorumaq və daha sürətli yaxşılaşmaq üçün gündə bir neçə dəfə gəzintiyə getmələri məsləhət görülür.

Alimlər ,  təxminən 20 dəqiqə  gündəlik sürətli yeriməyin şəkər xəstəliyinin inkişaf ehtimalını 30 faiz azaltdığını müəyyənləşdiriblər. Bundan əlavə,  təmiz havada orqanizm bol miqdarda oksigen qəbul edir.

Bu araşdırma fiziki fəaliyyətin vacibliyini bir daha sübut edib.  Mütəmadi olaraq buna vaxt ayırsan, müsbət nəticələr səni çox  gözlətməyəcək.

Mənbə: www.menslife.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR