Dərc edildi: Baxış sayı: 641
1 terabaytlıq ilk “microSD” satışa çıxarılıb
Məlumatların saxlanılması üçün qurğuların istehsalı üzrə ixtisaslaşmış "SanDisk" şirkəti dünyada 1 terabaytlıq (TB) ilk "microSD" yaddaş kartının satışına başlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, istehsalçının məlumatına görə, yeni yaddaş kartında məlumatların oxunma sürəti 160 MB/s, yazma sürəti isə 90 MB/s təşkil edir.
1 TB-lıq "microSD" yaddaş kartının qiyməti 450 dollar təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət