Slimfit
  1. HƏRB

“1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı”

“1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı”
Sakura

“1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı”

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun doğum günüdür. O, 1975-ci ilin bu günü Qubadlı rayonunun Armudlu kəndində dünyaya göz açıb. 

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Şəxsi igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Qəhrəman hərbçimiz 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Qubadlıda gedən döyüşlərdə mərdliklə vuruşub, oktyabrın 22-də isə doğulduğu və 18 yaşında didərgin düşdüyü Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə şəhid olub. 

Şükür Həmidov Vətən müharibəsində iştirakına görə, “Vətən uğrunda” medalı və "Zəfər" ordeni ilə də təltif olunub.

Hərbçimizin qəhrəmanlıq göstərdiyi Aprel döyüşləri ilə bağlı üç il əvvəl “Aprel yüksəkliyi” sənədli filmi çəkilib. Filmdə qəhrəmanımızın döyüş yolu öz dilindən nəql olunur:

“1995-ci ildə leytenant hərbi rütbəsi aldım və təyinatımı Naxçıvan Muxtar Respublikasına verdilər. Naxçıvanın Culfa şəhərində “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başladım, ön xəttə çıxdım. Sonra Tərtərdə briqada komandiri oldum. Tez-tez şəxsi heyətlə görüşürdüm. Məndən əsgərlərimiz həmişə nə vaxt döyüşə girəcəyimizi, torpaqlarımızı azad edəcəyimizi soruşurdular. Cavab verirdim ki, o gün gələcək, Ali Baş Komandanımız o əmri verəcək. O məqam Füzulidə hərbi hissəyə komandirlik etdiyim dövrdə oldu”. 

Polkovnik “Aprel döyüşləri” ilə bağlı xatirələrini elə döyüşün getdiyi yüksəkliklərdə danışıb. O bildirib ki, cəsur hərbçilərimizlə birlikdə düşmənə dərs veriblər: 

“Bu dərələrdə texnikaları gizlətmişdik, kənardan seçilmirdi. Qruplarımız da burada ayrıldı. Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşğınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələtəpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu bir həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR