Hesablamalara görə, 1 ildə siqaret çəkən 52 şəxsin hesabına siqaret çəkməyən 1 insan ölür.
Tədqiqatlar göstərir ki, siqaret çəkən hər 52 nəfər , passiv siqaret çəkən 1 şəxsin ölümünə səbəb olur . Buna (passiv siqaret çəkmək) yaxınlıqdakı insanlardan gələn tütün tüstüsünün nəfəs alma yoluyla udulması deyilir.
Passiv siqaret çəkmənin bütün təhlükələri Nyu Yorkdakı İcahn Tibb Məktəbinin alimləri tərəfindən aparılan yeni bir araşdırmada vurğulanmışdır. Onlar qeyd edirlər ki, planetdə bir milyard siqaret çəkən insan hesabına hər il 1 milyon insan ikinci dərəcəli tüstüdən ölür. Ürək-damar sistemi və ağciyər xəstəlikləri olan insanlar avtobus dayanacaqlarında, platformalarda, avtomobillərdə və evlərdə siqaret çəkənlərin yaninda tütün tüstüsünü udduqları üçün xəstəlikləri inkişaf edir. Beləliklə də, 1 ildə hər 52 siqaret çəkən insan, çəkməyən bir nəfərin ölümünə səbəb olur.
"İkinci dərəcəli siqaret çəkmənin adi siqaret çəkmək qədər qorxulu və ya təhlükəli olmadığı barədə yanlış bir fərziyyə var" deyən araşdırmanın həmmüəllifi, doktor Jagat Narula əlavə edir : "Ancaq passiv siqaret çəkmə ölümcüldür! Əvvəlki araşdırmaların nəticələrini təsdiq etdik.Passiv siqaret çəkənlər təhlükədədir və heç kim risk altında qalmamalıdır ".
İnkişaf etmiş ölkələrdə riski minimuma endirmək üçün ictimai yerlərdə siqaret çəkmək qadağandır və siqaret çəkənlər üçün xüsusi yerlər ayrılıb. Tütün sevərlər bu tədbirləri ayrıseçkilik hesab edirlər. Ancaq onlar düşünmürlər ki ağciyərləriylə udduqları tüstünün tərkibində 70 %i kanserogen, yüzlərləsi isə zəhərli olan 700 kimyəvi maddə var. Və uşaqlar da daxil olmaqla, ətrafdakı insanlar bu tüstüdən nəfəs almaq məcburiyyətində qalırlar.
Mənbə: www.medikforum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət