Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

1 gün ac qalmağın sağlamlıq üçün 10 faydası

1 gün ac qalmağın sağlamlıq üçün 10 faydası
Sakura

1 gün ac qalmağın sağlamlıq üçün 10 faydası

Müxtəlif ölkələrdə aparılmış araşdırmalar göstərir ki, qısamüddətli aclıq insan orqanizmi üçün olduqca faydalıdır.

Hələ qədimdə dahi təbiblər Hippokrat, Avisenna, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə edirdi.

Alimlərin fikrinə görə, müasir insanlar lazın olandan daha çox kalori qəbul edir və bu da müxtəlif xəstəliklərin inkişafına, həyatın qısalmasına səbəb olur.

 

Bir eksperiment zamanı alimlər sıçanların qidalanmasını 20% azaltdıqdan sonra aşkar ediblər ki, az yeyən siçanlar daha fəal və sağlam idi, daha çox yaşayırdı. Bu insanlara da aiddir - qidalanmanın azalması insan sağlamlığına yalnız müsbət təsir edəcək.

Amerika alimləri tərəfindən aparılmış son araşdırma qısamüddətli aclığın beyinin fəaliyyətinə müsbət təsirini aşkar edib. Belə ki, 1 gün ərzində ac qaldıqda beyinin koqnitiv (təfəkkür, yaddaş və s.) funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bilmədən bu üsuldan istifadə edirdi  - öz əsərlərini yartdıqdan əvvəl ac qalırdı.

Beləliklə, insan ac qalanda orqanizmdə hansı müsbət dəyişikliklər baş verir?

1. Dediyimiz kimi, beyin daha yaxşı işləməyə başlayır, insanın yaradıcılıq potensialı artır.

2. İmmun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi və çox maye qəbul etməyi tövsiyə edirlər.

3. Metabolik proseslər sürətlənir, çəki azalır.

4. Orqanizm təmizlənir və cavanlaşır.

5. Dərinin vəziyyəti yaxşılaşır.

6. Xərçəngin riski azalır.

7. Ürək və damarların daha sağlam olur.

8. Astmadan əziyyət çəkənlərin vəziyyəti yüngülləşir.

9. Arterial təzyiq tənzimlənir.

10. Orqanizmdə iltihabları azaldır.  

Lakin onu da nəzərə almaq lazımdır ki, bu nəticələri müntəzəm olaraq həftədə 1 dəfə ac qaldıqda əldə etmək mümkündür. Aclıq günü yalnız su içmək olar.

Diqqət! Bəzi xəstəliklər zamanı aclıq əks-göstərişdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR