Slimfit
  1. MEDİA

09.08.2023-cü il tarixində Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

09.08.2023-cü il tarixində Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi
Sakura

09.08.2023-cü il tarixində Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

09.08.2023-cü il tarixində Qaradağ rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3 bəndinin (Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi) icrası ilə əlaqədar 09.08.2023-cü il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev,  Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, başçının müavinləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Tədbirə aşağıda adları qeyd olunan qonaqlar dəvət olunmuşdular:

Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov; Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, orgeneral Yucəl Karauz; Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə; AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov. 

Tədbirdən əvvəl Qaradağ rayonunda Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndərin abidəsi ziyarət olunub və gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra video çarx nümayiş olundu.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamladı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bu tədbirin keçirilməsinin mühümlüyünü söylədi: “Milli mənəvi dəyərlərimizə diqqət qayğı göstərən, onlara yüksək qiymət verən Ulu Öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşmışdır.

Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoymuşdur.

Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul etmişdir. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən  müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov çıxışında bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür. Ölkənin geniş ictimaiyyəti, ziyalılar, eləcə də filoloqlar bu sənədi dilimizin işləkliyi və saflığının təmin edilməsi ilə bağlı son vaxtlar artmaqda olan ictimai narahatlığa dövlət başçısı İlham Əliyevin həssas və tələbkar münasibətinin daha bir təzahürü kimi qarşılamışlar.

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin hərbi müşaviri, orgeneral Yucəl Karauz nitqində türk və azərbaycan dillərinin eyni kökə malik olduğunu, qohum dil ailəsinə mənsubluğundan danışdı. Ulu Öndərin “Bir millət iki dövlət” ifadəsini ətraflı şərh etdi. Türk dövlətləri arasında ortaq dil yaranacağına ümidvar olduğunu bildirdi.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olduğunu qeyd etdi. Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.

AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov çıxışında bildirmişdir ki, Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimiz milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimizdir. Xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, indiki biçimdə formalaşdırmışdır. Xalqımızın milli varlığının ən başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçılara təşəkkürünü bildirərək tədbiri yekunladı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR