Dərc edildi: Baxış sayı: 535
Zakir Həsənov BƏƏ-də müasir döyüş texnikasına baxdı
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri və müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX-2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, mərasimdən sonra general-polkovnik Z. Həsənov sərgi ilə tanış olub.
Nazir burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət