Yuxusuzluq xərçəngə səbəb olur
Ekspertlərin fikrincə, 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır
Yuxusuzluq DNT-ni zədələyir və xərçəng riskini artırır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Honkonq universitetinin alimləri apardıqları araşdırma nəticəsində belə qərara gəliblər.
Alimlər 49 həkimin vəziyyətini müşahidə ediblər. Onlardan 24 nəfəri gecə növbəsində çalışmaq məcburiyyətində olanlar olub.
Bir neçə gündən sonra könüllülərdən qan analizi götürülüb. Az yatan insanların DNT parçalanması normal yuxu yatanlara nisbətən 30 faiz çox olub.
Bununla yanaşı, yuxusuz gecə növbəsindən sonra zərər daha 25 faiz artır.
Zədələnmiş DNT hüceyrələri pis bərpa olunduğundan, hüceyrələr ölürmüş. Araşdırma müəllifləri belə pozuntuların xərçəngə səbəb olan onkogen transformasiya ilə nəticələnə biləcəyi xəbərdarlığı ilə çıxış ediblər.
Qeyd edək ki, araşdırmada yuxusuzluğa dözə bildiyi hesab edilən sağlam gənc insanlar iştirak edib.
Ekspertlərin fikrincə, 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır. Ancaq çox adam bunu etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət