Dərc edildi: Baxış sayı: 2768
Yuxuda qorxmaq beyinə faydalıdır
Qorxulu yuxu zamanı keçirdiyimiz hiss real həyatda stressin öhdəsindən gəlməyə bizə yardım edir.
Medicina.az xəbər verir ki, bunu Cenevrə Universitetinin alimləri apardıqları araşdırmanın nəticəsində əldə ediblər. Belə ki, təcrübədə 18 nəfər iştirak edib. Bu şəxslər yuxuda olan zaman beyinlərini tədqiq edilib. Yəni həmin şəxslər yuxu görərkən müşahidə olunublar.
Nəticədə bəlli olub ki, bu şəxslər qorxulu yuxu görərkən beyinlərinin stressə cavabdeh olan hissəsi aktivləşir. Daha sonra həmin adamlar oyaq olarkən beyinlərinin həmin hissəsinin fəaliyyəti aşağı düşməyə başlayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət