Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Yaponiya hökuməti bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək

Yaponiya hökuməti bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək
Sakura

Yaponiya hökuməti bütün əhalini koronavirusa qarşı peyvəndlə təmin edəcək

Yaponiya hökuməti ölkədə yaşayan bütün sakinləri COVID-19 virusuna qarşı peyvəndlə təmin etməyi planlaşdırır.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, bunun 2021-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edilir ki, bu, koronavirusun yayılmasına qarşı hökumətin hazırladığı yeni tədbirlər paketinə daxil ediləcək. Baş Nazir Şinzo Abenin cümə gününə planlaşdırılan mətbuat konfransı zamanı bu barədə məlumat verəcəyi bildirilir.

Yaponiya hökuməti Böyük Britaniya-İsveç birgə müəssisəsi olan "AstraZeneca" və ABŞ-ın "Pfizer" şirkətləri ilə 120 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalayıb. Bununla yanaşı, daha beş şirkətlə həmin istiqamətdə danışıqlar aparılır.

Bundan əlavə, Yaponiyada ölkənin öz şirkətləri tərəfindən də peyvəndin hazırlanması ilə bağlı sınaqlar keçirilir. Lakin onların bazara çıxışının əcnəbi həmkarlarından sonra baş tutacağı və miqdarının kifayət qədər olmayacağı qeyd edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR