Slimfit
  1. MARAQLI

Yapon alimlər əriyəndə formasını saxlayan dondurma hazırladılar

Yapon alimlər əriyəndə formasını saxlayan dondurma hazırladılar
Sakura

Yapon alimlər əriyəndə formasını saxlayan dondurma hazırladılar

Yaydır. İstidir. İndicə aldığımız plombir bir dəqiqədən sonra əriyir və axır. Bundan necə qaçınmdaq olar?

Yapon alimləri bu problemi həll ediblər. Həmişə olduğu kimi ixtira təsadüfən olunub. Yapon restoranlarının birinin baş aşpazına rəhbərlik tərəfindən 2011-ci ildə zəlzələ və sunamiyə məruz qalmış rayonlarda becərilən çiyələk üçün hansısa tətbir yerinin tapılması tapşırılıb.  Güman edilirdi ki, potensial alıcılar belə çiyələyi almayacaqlar.

Baş aşpaz xarab olmuş çiyələyi dondurmaya əlavə etməkdən başqa bir variant tapa bilmədi. Aydın oldu ki, dondurma əlavə ilə daha bərk oldu və sürətlə ərimədi.

Bu yenilikdən Kanadzava Universiteti xəbər tutdu. Yaranmış vəziyyətin müasir metodlarla  öyrənilməsi göstərdi ki, bunun səbəbi polifenoldur – molekullarında bir neç fenol qrupu olan kimyəvi birləşmədir. Onlar dondurma əriyərkən baş verən su və yağın ayrılmasına imkan vermir.  Dondurmaya polifenolun əlavə edilməsi yüksək temperaturda onların formasının itirilməsinin qarşısını alır.

Yeni əlavə təbii olduğu üçün onun tibbi inspektorlar tərəfindən test edilməsinə ehtiyac yoxdur. Hazırda  o Yaponiyada artıq satılır və məşhurdur. Onun digər ölkələrə yayılma perspektivi hələlik sual altındadır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR