Dərc edildi: Baxış sayı: 629
Xələf Xələfovdan Keşikçidağ açıqlaması
Keşikçidağla bağlı Gürcüstanla danışıqlarımız davam edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər nazirinin müavini, Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov bildirib.
"Biz qərara gəlmişik ki, bu həftə ekspertlərin yerlərdə görüşünü təşkil edək və görüşün nəticəsi olaraq iki ölkə arasında sərhədin müəyyənləşdirməsi ilə məşğul olan komissiyanın növbəti iclasının tarixini müəyyənləşdirək. Düşünürəm ki, iclas iyul-avqust aylarında ola bilər", - X.Xələfov qeyd edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət