Slimfit
  1. SİYASƏT

Xələf Xələfov: "Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyib"

Xələf Xələfov: "Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyib"
Sakura

Xələf Xələfov: "Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyib"

"Azərbaycan və Türkiyə arasında münasibətlər həm regional, həm də qlobal baxımdan böyük əhəmiyyət kəsb edir".

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinarda çıxışında deyib.

Nazir müavini bildirib ki, qardaş ölkələr arasında münasibətlər onların xarici siyasətində çox vacib yer tutur: "Bu gün bütün sahələrdə iki ölkə arasında sıx və dərin əməkdaşlıq mövcuddur. İkitərəfli əlaqələrin belə yüksək səviyyə çatmasında iki ölkənin dövlət başçılarının şəxsi münasibətlərinin rolu var. Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin ədalətli mövqeyini dəstəkləyib və biz bunu yüksək qiymətləndiririk. Türkiyənin göstərdiyi hərtərəfli dəstək bizim üçün böyük əhəmiyyət kəsb edir".

Nazir müavini bildirib ki, iyulda Ermənistanın Azərbaycana hücumu nəticəsində Tovuzda baş verən toqquşmalar zamanı Türkiyə bütün yüksək səviyyələrdə Azərbaycana açıq dəstək verib.

Xələf Xələfov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu qaz kəməri kimi layihələr xalqların rifahını yaxşılaşdırmaqla yanaşı, regional və qlobal inkişafa təkan verir.

Nazir müavini bildirib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsində 33 faiz artım qeydə alınıb. "İki ölkə 2023-cü ilədək ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyib", Xələf Xələfov deyib.

"Hərbi sahədə əlaqələrimiz ən yüksək səviyyədədir. Bunun üçün güclü hüquqi baza var. İki qardaş ölkənin hərbi qüvvələrinin iştirakı ilə keçirilən genişmiqyaslı hərbi təlimlər hərbçilərimizin hazırlığına töhfə verir, onların təcrübə mübadiləsinə imkan yaradır. 

Ölkələrimiz BMT daxil olmaqla, müxtəlif regional və beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir, bir-birinə dəstək nümayiş etdirir"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR