Slimfit
  1. DÜNYA

Volvo İrandan çıxdı

Volvo İrandan çıxdı
Sakura

Volvo: Pulumuzu ala bilmirik

İsveçin yük maşını istehsalçısı Volvo, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən ödəmələri almadıqları üçün bu ölkədəki yük maşını montaj müəssisənin fəaliyyətini dayandırdıqlarını açıqlayıb.
 

"Marja" xəbər verir ki, Volvo-nun sözçüsü Fredrik İvarsson verdiyi açıqlamada, Volvo-nun İrana göndərdiyi yük maşını ehtiyat hissələri qarşılığında ödəniş edilmədiyini, bu səbəbdən bu ölkədə çıxmaq qərarı verdiklərini deyib.

İvarsson telefonla etdiyi açıqlamada, "Bu, sanksiyalar və ABŞ-ın başqa məhdudiyyətlərinə görədir. İranda bank sistemi işləmir. Pulumuzu ala bilmirik. Buna görə də hələlik İranda çalışmırıq" deyib.
Amerika sanksiyalarından əvvəl Volvo, İranı Körfəz regionu və Şimali Afrikaya doğru əsas ixracat bazası etmək istədiyini açıqlamışdı.

Volvo, İranın ikinci böyük avtomobil istehsalçısı SAIPA-nın tərkibindəki "Saipa Diesel" ilə əməkdaşlıq edirdi. "Saipa Diesel", İsveçdən göndərilən ehtiyat hissələrindən istifadə edərək Volvo-nun ağır yük yük maşınlarının montajını həyata keçirirdi.

Bir "Saipa Diesel" rəsmisi də, sanksiyalar səbəbilə "Volvo Trucks" şirkətilə tərəfdaşlıq müqaviləsinin ləğv edildiyini təsdiqləyib.

Avropa İttifaqı öz şirkətlərini qorumaq üçün bir qanun qəbul edib. Ancaq sanksiyalar bankların İran şirkətləri ilə iş görmələrinə maneə törədir. Bunun səbəbi də ABŞ-ın bu növ əməliyyatları aparan bankları öz maliyyə sistemindən kənarlaşdırmasıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR