Dərc edildi: Baxış sayı: 672
Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu
"Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya bu günə qədər 1 751 nəfər vətəndaş qəbul edilib".
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
A.Eyvazov qeyd edib ki, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 202 müraciətə baxılıb:
“Vətəndaşlara lazımi qaydada köməklik göstərilməsi üçün bütün tədbirlər görülür".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət