Slimfit
  1. AZƏRBAYCAN

ÜST: Hazırda Azərbaycanda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur

ÜST: Hazırda Azərbaycanda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur
Sakura

ÜST: Hazırda Azərbaycanda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur

“Koronavirusa yoluxan 11 nəfər  olduğu üçün hazırda xüsusi xəstəxanaların sayının artırılmasına ehtiyac yoxdur”.

APA xəbər verir ki, bunu mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət ÜST tərəfindən tam araşdırılır: "İndiyədək Azərbaycanda koronavirusa yoluxanlar xaricdən gələnlərdir. Əgər yoluxmanın qarşısı sərhəddə alına bilməzsə, daxildə yoluxma halı çox olarsa, artıq xəstəliyin yayılması birinci mərhələdən çıxacaq”. 

H.Harmancı bildirib ki, əgər xəstəliyin yayılması ikinci mərhələyə keçərsə, xəstəxanalar kifayət etməzsə, o zaman hökumət əlavə olaraq yataq yerləri açmağı, başqa qabaqlayıcı tədbirlər görməyi düşünəcək. 

“Hazırda çox sayda yatağa ehtiyac yoxdur”,- deyə ÜST nümayəndəsi əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR