ÜST-dən virusla bağlı KRİTİK AÇIQLAMA: daha əvvəl açıqladıqlarını təkzib etdilər
Yeni tip koronavirus daşıdığı halda, xəstəliyin simptomlarını göstərməyən – asimptomatik şəxslərdən virus keçib-keçmədiyinə dair araşdırmalar davam edir.
Ens.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
İsveçrənin Cenevrə şəhərində videokonfrans keçirən baş direktor hər həftə üzv ölkələr və media qurumları ilə birbaşa əlaqə saxladıqlarını dilə gətirib: “COVID-19-la bağlı ən son elmi dəlillər və pandemiyanın təkamülünə dair dünya ictimaiyyətini bilgiləndirməyə davam edirik. Fevral ayının əvvəlindən bəri asimptomatik insanların başqalarını yoluxdura biləcəyini söylədik, amma asimptomatik yoluxmanın dərəcəsini müəyyən etmək üçün daha çox araşdırmağa ehtiyacımız var. Bu araşdırma hələ də davam edir. Çox şey öyrəndik, amma hələ də bilmədiyimiz çox şey var”.
Qeyd edək ki, daha əvvəl ÜST-ün virusla bağlı texniki briqadasına başçılıq edən Mariya Van Kerkove bildirmişdi ki, simptom göstərməyən xəstələrdən COVID-19 xəstəliyinin keçməsinə nadir hallarda rast gəlinir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət