Dərc edildi: Baxış sayı: 752
Ukrayna klubu koronavirusa kütləvi yoluxmaya görə karantinə alındı
Ukraynanın "Karpatı" klubunda koronavirusa kütləvi yoluxma hadisəsi baş verib.
"Report"un Lvov təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bununla əlaqədar komanda karantin altına alınıb.
Klub yoluxma sayını açıqlamasa da, yerli mətbuat 26 nəfərdə koronavirus aşkarlandığını yazıb.
Məlum məsələyə görə, "Karpatı"nın Ukrayna Premyer Liqasının XXIV turunda "Mariupol"la keçirməli olduğu oyun qeyri-müəyyən müddətədək təxirə salınıb.
Qeyd edək ki, Ukrayna çempionatı mayın 30-da bərpa olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət