Slimfit
  1. İDMAN

UEFA Əliyar Ağayevə niyə təyinat vermir?

UEFA Əliyar Ağayevə niyə təyinat vermir?
Sakura

UEFA Əliyar Ağayevə niyə təyinat vermir?

"UEFA-dan təyinat gözləyirəm. Təyinat ya Çempionlar Liqasının III təsnifat mərhələsi, ya da Avropa Liqasının pley-offuna təsadüf edəcək".

Ens.az xəbər verirki,bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev avrokubokların 2020/2021 mövsümündə oyunlara təyinat almaması barədə danışarkən deyib.

33 yaşlı referi bildirib ki, bu, onun I kateqriyada yer alması ilə bağlıdır: "Bizə I və II mərhələlərdə oyun vermirlər. Belə olsaydı, onda II və ya III kateqoriyadakılar hansı matçlara təyinat alardılar? Biz III raunddan beynəlxalq görüşləri idarə etməyə başlayırıq".

Ağayev pandemiya üzündən təsnifat mərhələlərində oyun sayı azaldığı üçün burada cəmi 1 qarşılaşmanı idarə edəcəyini diqqətə çatdırıb. Təcrübəli federi UEFA Millətlər Liqasının sentyabrdakı matçlarına təyinat almayacağını da əlavə edib: "Yəqin ki, UEFA məni oktyabrdakı oyunlardan birinə göndərəcək".

Avqustun 26-da UEFA-nın təşkil etdiyi 2 günlük onlayn kurslara qatılan Ağayev seminarın ənənəvi qaydada keçirildiyini söyləyib: "Həm keçmiş, həm də son matçlardakı epizodları müzakirə etdik. Həmçinin VAR-la bağlı söhbətlər oldu. Hakimlərin harada müdaxilə etmələri lazım olduğu bizə göstərildi, referilərin hansı eipzodlarda səhv və ya doğru qərar qəbul etmələri müzakirə olundu".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR