Türkiyənin səhiyyə nazirindən iranlı həmkarına: “Gəlməyin, “Skype”la danışaq”
Türkiyə Səhiyyə Nazirliyi iranlı heyətin ölkəyə gəlməsinə razı olmayıb.
“Hürriyet”in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə qurumunun rəhbəri Fahrettin Koca bəyan edib.
O, İranın koronavirus məsələsinə çox gec ciddi yanaşdığını bildirib:
“İranda epidemiya çox sürətlə yayıldı. Qum şəhərini karantinə almalarını tövsiyə elədik, “ehtiyac yoxdur”, - dedilər. İndi də vəziyyət ciddiləşəndə “Necə edəcəyik?”, - deyə yardım istəyirlər. Bizim Elmi Şuraya heyət göndərib bilgi almaq istədilər. Biz də “Gəlməyin, “Skype” ilə danışaq”, - dedik”.
Qeyd edək ki, son məlumatlara görə, İranda koronavirusdan 77 nəfər ölüb, 2336 nəfər epidemiyaya yoluxub.
Ölkədə təşviş yaradan digər məsələ isə 290 kürsülü Parlamentdə 23 deputatın koronavirusa yoluxmasıdır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət