Dərc edildi: Baxış sayı: 684
Türkiyə dənizlərində ilk dəfə görülən balığa "Fənərbağça" adı verilib
Türkiyə dənizlərində ilk dəfə görülən 31 santimetr uzunluğu, bir kiloqram ağırlığı olan balığa "Fənərbağça" adı verilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin İskəndərun Texnik Üniversiteti tərəfindən İskəndərun Körfəzində aparılan araşdırmalar zamanı dünya tibb ədəbiyyatında "Pomacanthus imperator" kimi tanınan balıq növünə rast gəlinib.
Bu canlının daha çox tropik dənizlərdə yaşadığı bildirilir.
Türkiyə dənizlərində ilk dəfə görünən canlının sarı-göy rəngdə, zolaqlı olması Türkiyənin məşhur Fənərbağça futbol klubunun bayrağını xatırladır. Bu səbəbdən balığa futbol klubunun adı verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət