Slimfit
  1. DÜNYA

Trampın Tehrana mükəmməl ismarışı: İranda ixtilaf başladı

Trampın Tehrana mükəmməl ismarışı: İranda ixtilaf başladı
Sakura

Trampın Tehrana mükəmməl ismarışı: İranda ixtilaf başladı

ABŞ Prezidenti Donald Tramp İranı bombalamayacağını və bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşə biləcəyini söyləyib. Tramp doğru gediş edib, o, bu açıqlamasıyla İranda fikir ixtilafını dərinləşdirib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İranın faktiki sahibi Əli Xamenei dərhal açıqlama verib ki, ABŞ-la heç bir razılaşmaya getmək düzgün deyil. Bununla Xamenei Pezeşkiana xəbərdarlıq mesajı göndərib. Halbuki Məsud Pezeşkian neytral ərazidə Trampla görüşdən imtina etməz”, - o bildirib.

Politoloq xatırladıb ki, Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti də doğru gedişdir:

 

“Söhbətin təfərrüatı açıqlanmasa da, Trampın Putinə “müharibəni dayandır” sözlərini dediyini proqnozlaşdırmaq olar. Rusiyanın siyasi elita nümayəndələri və sıravi vətəndaşları Putinin qorxusundan düşündüklərini deməsələr də, bir çoxu müharibənin dayandırılmasının labüd olduğunu anlayır və onların ümidi Trampadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR