Slimfit
  1. CƏMİYYƏT

Sürücüləri tənbeh edildi, sərnişinlər mükafatlandırıldı

Sürücüləri tənbeh edildi, sərnişinlər mükafatlandırıldı
Sakura

Sürücüləri tənbeh edildi, sərnişinlər mükafatlandırıldı

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir. Layihənin icra edildiyi 4-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 127 müraciət daxil olub.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 36 avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb.

2019-cu ilin yekunlarına əsasən, vətəndaşlar tərəfindən ümumilikdə 429 xəta üzrə müraciət daxil olub. 235 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Həmçinin il ərzində fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən 20 sərnişinə isə qiymətli hədiyyə təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR