Slimfit
  1. TEXNOLOGİYA

Superkompüterlərin yeni reytinqi dərc edilib

Superkompüterlərin yeni reytinqi dərc edilib
Sakura

Superkompüterlərin yeni reytinqi dərc edilib

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib. Qeyd edək ki, liderlər siyahısında cüzi dəyişiklik baş verib. Çinin “Sunway TaihuLight” sistemi ABŞ-ın “Sierra” kompüterinə uduzaraq reytinqdə ikinci pillədən üçüncüyə enib.

NUHÇIXAN “ixbt.com” saytına istinadən xəbər verir ki, ABŞ-da quraşdırılmış və hazırda 143,5 PFLOPS məhsuldarlığa malik “Summit” superkompüteri reytinqdə lider olaraq qalır.

Reytinqin tərtibçiləri qeyd edirlər ki, Çin sistemlərinin payı yüksəlir. İndi Çinin superkompüterləri reytinqin 45%-ni tutur. ABŞ istehsalı olan superkompüterlərdə bu göstərici 22% təşkil edir, amma bu sistemlər orta hesabla götürdükdə daha məhsuldardır. Əgər ümumi məhsuldarlıq üzrə hesablasaq, onda ABŞ 38%-lə liderlik edir, Çin isə 31%-lə ikinci yeri tutur.

Həmçinin superkompüterlərin sayına görə liderlər siyahısında Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İrlandiya yer alıb. Reytinqdə yer almış digər ölkələrdə sistemlərin sayı 10-dan azdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR