Slimfit
  1. TARİX

Stalin maşını yoxlamaq üçün konstruktorları maşına oturdub və... - Həmin avtomobilin qiyməti 4 milyon dollardır

Stalin maşını yoxlamaq üçün konstruktorları maşına oturdub və... - Həmin avtomobilin qiyməti 4 milyon dollardır
Sakura

Stalin maşını yoxlamaq üçün konstruktorları maşına oturdub və... - Həmin avtomobilin qiyməti 4 milyon…

1949-cu ildə Stalin adına avtomobil zavodunun baş direktoru Kremlə zəng vuraraq İosif Stalin üçün hazırlanan yeni zirehli ZİS-115 markalı avtomobilin istismara hazır olduğunu bildirir. Elə həmin gün “NKVD”-nin yüksəkçinli əməkdaşları zavoda yollanırlar. Təxminən iki sutka ərzində avtomobilin texniki göstəriciləri, hərəkət və manevr imkanları, təhlükəsizlik dərəcəsi yoxlanılır. Üç gündən sonra isə İosif Stalin özü zavoda gəlir. Baş mühəndis sükan arxasına keçib avtomobili zavodun həyətinə sürür. Stalinə yeni avtomobil haqqında ətraflı məlumat verilir. Sona qədər mühəndisləri təmkinlə dinləyən Stalin soruşur:

- Bəs ölkə başçısının (özünü nəzərdə tutur) yeni xidməti avtomobilində təhlükəsizlik məsələləri necədir?

Konstruktor və mühəndislər avtomobilin banının və şüşələrinin oda davamlığı, güllə keçirməzliyi, mərmi qəlpələrinin təsirinə dözümlülüyü haqqında Stalini məlumatlandırırlar və avtomobili sınaqdan keçirdiklərini söyləyirlər.

Cavablar Stalini qane etsə də o, öz təklifini irəli sürür:

- Söylədikləriniz məni qane etdi. Amma dediklərinizi yoxlamaq üçün mənim öz metodum var.

Bu sözləri dedikdən sonra o, zavodun baş direktoruna, baş mühəndisə, konstruktora və xüsusi sexin rəisinə maşına əyləşməyi və şüşələri yuxarı qaldırmağı göstəriş verir. Daha sonra Stalin onu müşayiət edən iki avtomatlı mühafizəçəni yanına çağırır:

- Maşına atəş açın!

Qorxulu səhnə Stalinin çox nadir hallarda görünən təbəssümü ilə sona çatır. Avtomobilin istismarına icazə verilir.
İosif Stalin məişət məsələlərinə xüsusi diqqət yetirməsə də, qarderobunu zənginləşdirməyini xoşlamasa da, mənzil təmtərağını sevməsə də, avtomobil məsələsinə həssalıqla yanaşıb. Daha dəqiq desək, təhlükəsiz və rahat hərəkəti üçün avtomobil seçiminə xüsusi diqqət ayırıb.

Sözü gedən ZİS-115 markalı zirehli maşın əvvəlki ZİS-110-dan qat-qat fərqlənib. Geniş və rahat salonu olan avtomobilin salonunda 6-7 nəfər sərbəst əyləşə bilib. Dəridən və velyur parçadan üzlənmiş oturacaqlar evlərdə istifadə olunan divan qədər rahat olub. Maşının ön paneli və qapıların içəri üzünün bəzi hissələri ağcaqayın ağacından hazırlanaraq üzərində naxışlı əl işləri aparılıb.

Avtomobilin sürət cihazı üç rəngdə işləyib, maşın saatda 40 kilometr sürətlə gedəndə cihaz yaşıl, sürət 80-ə qalxanda çəhrayı, 80-dən yuxarı gedəndə isə qırmızı rəngdə yanıb.

Avtomobilin banı hərbi zavodda hazırlanıb. Hər bir detalın içərisində nömrə və hazırlayan mütəxəssis-ustanın adı, atasının adı və soyadı qeyd olunub.

Maşının şüşələri 35 millimetrlik şüşədən hazırlanıb və bu şüşələrin arasında hava boşluğu saxlanılıb ki, bu da şüşənin zərbəyə davamlılığını artırıb.

Avtomobilin 8 slindirlik mühəriki 162 at gücündə işləyib. Çəkisi 5 tondan çox olan ZİS-115-in maksimum sürəti saatda 100 kilometr olub.

Avtomobilin arxasındakı baqajında xüsusi metaldan hazırlanmış çox da böyük olmayan ikinci bir bağaj da olub ki, bu da rabitə vasitələrinin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Maşındakı radioqəbuledici, ayaq altına salınmış xalça, açılan kiçik masa, hər iki arxa qapılarda yerləşdirilən külqabılar və stəkan qoymaq üçün yerlər kiçik bir komfortlu otağı xatırladıb. Xüsusilə arxa oturacaqda daha çox rahatlıq olub. Amma buna baxmayaraq, Stalin qabaq oturacaqda, sürücü ilə yanaşı oturmağa daha çox üstünlük verib.

Stalinin vəfatından sonra bir neçə il avtomobil Kremlin qarajında qalıb. Daha sonra onu artıq Stalinin deyil, Lixaçovun adını daşıyan avtomobil zavoduna qaytarıblar. Daha sonra isə maşını şassi və ehtiyat hissəsi kimi təşrübədə istifadə etmək üçün Bauman adına universitetə veriblər.

İstismar müddəti başa çatdıqdan sonra universitetin invertarından silinəndə Vadim Zadorojnı adlı bir avtomobil həvəskarı rəsmi ödəniş edərək ZİS-115-in sahibi olub. Qeyd edək ki, Vadim Zodorojnı hazırda Moskva ətrafındakı Arxangelsk qəsəbəsində böyük bir texnika muzeyinin sahibidir.

Zadorojnı maşının tam bərpası üçün bir il vaxt və 200 min dollar vəsait sərf edib. Hazırda Stalinin xidməti avtomobilini almaq üçün Vadim Zadorojnıya 3-4 milyon dollar təklif olunur. Amma o, bu məbləğlərdən imtina edir.

Muzeydə Stalinin avtomobilinin bir tərəfində Hitlerin “Mersedes”i, digər tərəfində isə Lavrenti Beriyanın ZİS-110-u yer alıb.
Zadorojnı Almaniyada xeyli vəsait xərcləyib, Stalinin canlıdan çox da fərqlənməyən maketini də düzəltdirib. Ancaq o, Stalini onun xoşladığı kimi qabaq oturacaqda deyil, arxa oturacaqda otuzdurub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR