Dərc edildi: Baxış sayı: 532
Şeyx İbrahim Gülşəni - İstəyüp dərdinə eşqin bulmazam andan dəva
İstəyüp dərdinə eşqin bulmazam andan dəva,
Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
Bir nəfəsdə yüz bəlasin çəkmədin eşqin nedim?
Çün usanmaz könlüm andən çəkübən yüz bin bəla.
Gün kimi yüzüm sürübən hər qapudan istərəm,
Sevdügimin izi-tozun gözimə kəhli-cila.
Alalı könlümi verməz bir pəripeykər nedim?
Çün könül nedə, dilər kim canımı daxı ala.
Nasehim tərki-həva deyübəni ögüb verər,
Bilməzəm tərkündən alun nədür anunçun həva.
Girəli medani-eşqə başumu top etmişəm,
Kim çalub çövkan dilər ardına düşüp qova.
Rövşəni pərvərdəsidir Gülşəni anun içün,
Gün kimi rövşən görünür aləmə andan ziya.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət