Dərc edildi: Baxış sayı: 937
Seyid Əzim Şirvani - Oğluma nəsihət (Ey oğul, olma çox da sadəzəmir)
Ey oğul, olma çox da sadəzəmir
Ta sənə mərdüm eyləyə təzvir.
Xəlq olub məkrü hiylədə kamil,
Sadəlövh olma sən də, ey qafil.
Zirək ol, yaxşıya yaman olma,
Xəlqdən çox da bədgüman olma.
Hər sözü yoxla, eyləmə bavər,
Dari-dünyadə azdı doğru xəbər.
Çoxdu dünyadə mərdi-hiyləşüar,
Zahiri sadədil, özü əyyar.
Məsti-layəqil olma, huşyar ol,
Xəlqin övzainə xəbərdər ol....
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət