Dərc edildi: Baxış sayı: 642
Seyid Əzim Şirvani - Dün dolandım başına, söylədi pervanedi bu
Dün dolandım başına, söylədi pervanedi bu,
Zülftin aldım elimə, güldü ki, divanədi bu.
Həlqəyi-zülfdə gör xali-siyahm ey diJ,
Birisi dami-bəladır, birisi danədi bu.
Arizi-yanma bax, yoxdu gər əqlində qüsur,
Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.
Sanma məscid kimi, bisidqü iradət gəlmə,
Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanedi bu.
Bu deyil pərdeyi-üşşaqi Nəhavəndü hicaz,
Qülğülə ərşə salan nərəyi-məstanədi bu.
Seyyida, çək gözə eyvani-tila sürməsini,
Can etib kamma kim, mənzili-cananədi bu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət